Abbas Əraqçi etirazlarda 200 zabitin öldüyünü açıqlayıb
21 Fevral 2026 15:34   Paylaş

İranın xarici işlər naziri Abbas Əraqçi sosial media platforması X-də son etirazlarda itkilərin sayı ilə bağlı məlumat paylaşıb.

"Stabil.az" xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət orqanları təxminən 200 zabit də daxil olmaqla 3117 nəfərin öldüyünü açıqlayıb.

İranın xarici işlər naziri əlavə edib: “Əgər kimsə məlumatlarımızın düzgünlüyünü şübhə altına alırsa, zəhmət olmasa hər hansı bir sübut təqdim etsin”.

Qeyd edək ki, İran prezidentinin ofisi daha əvvəl 2,986 qurbanın şəxsiyyətini yayımlamışdı.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol