37 ölkədən olan 79 səyyah Ağdam şəhərinə səfər edib
“NomadMania” klubunun rəhbəri Harry Mitsidisin başçılığı ilə 37 ölkədən 79 beynəlxalq səyyah martın 26-da Ağdam şəhərinə səfər edib. Bu isə sayca indiyədək Qarabağa gələn ən böyük beynəlxalq qrupdur.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq səyyahlar işğaldan azad olunmuş Ağdam şəhəri ilə, Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri və tarixi məkanlarla tanış olacaqlar.
Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.
Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.



Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





