2026-cı ildə Yaponiyanın müdafiə büdcəsi rekord göstəriciyə çatacaq
Yaponiyanın 2026 maliyyə ilində müdafiə xərclərinin 10,6 trilyon yenə (təxminən 66,7 milyard dollar) yüksələrək rekord həddə çatacağı gözlənilir.
"Stabil.az" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sindziro Koizumi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ümumi müdafiə büdcəsi əlavə xərclərlə birlikdə ÜDM-in təxminən 1,9%-nə bərabər olacaq. Nazir qeyd edib ki, bu hesablamalar 2022-ci ildə qəbul edilən yeni milli təhlükəsizlik strategiyası əsasında həmin dövrün ÜDM-i nəzərə alınmaqla aparılıb.
Koizumi əlavə edib ki, əgər 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM əsas götürülsə, bu göstərici 1,5% təşkil edəcək.
Nazir xatırladıb ki, müdafiə xərclərinin artırılması yeni milli təhlükəsizlik strategiyasının icrası çərçivəsində həyata keçirilir. O qeyd edib ki, Yaponiyanın müdafiə büdcəsi yen ifadəsində yenidən rekord olacaq. 2025-ci ildə bu göstərici artıq ÜDM-in 2%-nə çatmışdı, halbuki əvvəlcə bu səviyyəyə yalnız 2028-ci ilə qədər çatmaq planlaşdırılırdı.
Faiz göstəricisinin 2026-cı ildə azalması isə əsasən yenin dollara nisbətdə kəskin ucuzlaşması ilə izah olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





