2025-ci ildə meyvə-tərəvəz ixracı 27% artıb
26 Yanvar 2026 17:45   Paylaş

2025-ci ildə Azərbaycandan 845,9 min ton meyvə-tərəvəz ixrac edilərək 901,5 milyon ABŞ dolları gəlir əldə edilib.

“Stabil.az"ın Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2024-cü illə müqayisədə ixrac dəyəri 27,4% (193,7 milyon dollar), həcm isə 23,2% (159,7 min ton) artıb. 2024-cü ildə ölkə 686,3 min ton meyvə-tərəvəz ixrac edərək 707,8 milyon dollar gəlir əldə etmişdi.

Ən çox ixrac olunan məhsullar bunlardır:

  • Pomidor: 172,9 min ton, 192,5 milyon dollar

  • Meşə fındığı: 18,9 min ton, 170,7 milyon dollar

  • Xurma: 187,6 min ton, 144,2 milyon dollar

  • Alma: 106,4 min ton, 75,1 milyon dollar

  • Nar: 35,9 min ton, 35,3 milyon dollar

  • Kartof: 71,4 min ton, 28,4 milyon dollar

Hesabat dövründə meyvə-tərəvəzin ümumi ixracdakı payı 3,6%, qeyri-neft məhsullarının ixracındakı payı isə 24,85% olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol