2025-ci ildə beynəlxalq hava daşımalarının həcmi və dəyərində artım qeydə alınıb
24 Yanvar 2026 13:48   Paylaş

Ötən il Azərbaycanda beynəlxalq hava nəqliyyatı ilə daşınan yüklərin dəyəri 1,5 dəfə artıb.

“Stabil.az” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə beynəlxalq hava nəqliyyatı ilə 8 milyard 514,7 milyon ABŞ dolları dəyərində 41 847,9 ton yük daşınıb. Bu, 2024-cü illə müqayisədə dəyər baxımından 1,5 dəfə artım, yük həcmi baxımından isə təxminən 2 dəfə azalma deməkdir.

Məlumatda bildirilir ki, 2025-ci ildə idxal əməliyyatları çərçivəsində hava yolu ilə 8 milyard 83,3 milyon ABŞ dolları dəyərində 14 209,7 ton yük daşınıb (+1,6 dəfə dəyər artımı, -3,4 % tonaj azalması), ixrac əməliyyatları isə 431,3 milyon ABŞ dolları dəyərində 27 638,2 ton yükün daşınmasını əhatə edib (+1,2 dəfə dəyər artımı, -57,1 % tonaj azalması).



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol