20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara və şəhid ailələrinə mənzillər verilib
20 Yanvar 2026 11:25   20 Jan 2026 11:29 Paylaş

Bu günədək 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə və 20 Yanvar şəhidlərinin ailələrinə 143 mənzil təqdim olunub.

“Stabil.az” xəbər verir ki, məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Bildirilib ki, ötən dövrdə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil də təqdim edilib.

Həmçinin, bu il icra olunan sosial islahat paketi çərçivəsində şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 700 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün isə orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə 600 manata, 61–80 faiz pozulmasına görə 500 manata, 31–60 faiz pozulmasına görə 400 manata çatdırılıb.

Əlilliyi olan şəxslər üçün müavinət müvafiq olaraq 300, 250 və 180 manata yüksəldilib. Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi olanlara qulluq edən şəxslərə ödənilən Prezidentin aylıq təqaüdü isə 120 manat müəyyən olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol