20 Yanvar anım tədbirləri zamanı Bakı metrosunda hərəkət qrafiki dəyişəcək
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Stabil.az" bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Bildirilir ki, anım tədbirinin keçiriləcəyi “20 Yanvar” stansiyası ilə yanaşı, Şəhidlər xiyabanına yaxın yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görüləcək. Qatarların hərəkət cədvəli dəyişdiriləcək və ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




