18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar muzeylər ziyarətçilərə açıq olacaq
15 May 2026 16:07   Paylaş

Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər ziyarətçiləri ödənişsiz qəbul edəcək.

"Stabil.az" nazirliyə istinadən xəbər verir ki, həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.

Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol