Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç həyata keçirilib
29 Yanvar 2026 09:29   Paylaş

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

“Stabil.az” "Report"a istinadən xəbər verir ki, bu çərçivədə Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç həyata keçirilib. Kəndə köçən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.

Bu mərhələdə Məmmədbəyli kəndinə 26 ailə, ümumilikdə 142 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Köçürülən ailələr, eyni zamanda, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol