“Yuventus” türk hücumçu Teoman Gündüzü transfer edib
23 Yanvar 2026 20:34   25 Jan 2026 18:37 Paylaş

İtaliyanın "Yuventus" klubu aşağı liqa təmsilçisi "Triestina"nın türk futbolçusu Teoman Gündüzü transfer edib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Klubla futbolçu arasında imzalanan müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. Lakin oyunçu öz istəyi ilə 2030-cu ilə qədər də "qoca sinyora"nın formasını geyinə bilər.

Futbolçu karyerasına Almaniyanın "Herta" (Berlin) klubunda başlayan 21 yaşlı Teoman Gündüz 2023-cü ildə İtaliyanın C seriyasında çıxış edən "Triestina"ya transfer olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol