“Turkish Airlines” İrəvana uçuşlara başlayır
6 Fevral 2026 17:29   Paylaş

Martın 11-dən Türkiyənin milli aviadaşıyıcısı “Turkish Airlines” İstanbul və Ermənistanın paytaxtı İrəvan arasında uçuşlara başlamağı planlaşdırır.

“Stabil.az” xəbər verir ki, məlumatı Ermənistan KİV-ləri Energetika Nazirliyinin Turizm Komitəsinə istinadla yayıb.

Bildirilib ki, aviaşirkətin nümayəndələri komitə sədri Lusine Gevorqyan ilə görüş zamanı bu planı açıqlayıb. Görüşdə İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri və yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol