Türk Hava Yolları” təyyarəsi Hindistanda fövqəladə eniş edib
4 Fevral 2026 19:51   Paylaş

“Türk Hava Yolları”na məxsus təyyarə Hindistanda təcili eniş edib.

"Stabil.az"ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, təyyarə Nepalın paytaxtı Katmandudan havaya qalxdıqdan sonra mühərriklərdən birində yanğın baş verib.

Yanğın nəzarət altına alınıb. Yoxlama nəticəsində təyyarənin Türkiyəyə qədər uçuşunun riskli olacağı bildirilib.

Təyyarə Hindistanın Kəlküttə bölgəsindəki “Subhas Chandra Bose” beynəlxalq hava limanına yönləndirilib. Göyərtədə olan 236 sərnişin və 11 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol