Tramp: İranda nüvə silahı olmaması Vaşinqton üçün prioritetdir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton üçün əsas şərt İranın nüvə silahına malik olmamasıdır.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Ən vacib məsələ odur ki, nüvə silahı olmayacaq. Əgər biz bu razılaşmanı iki il əvvəl əldə edə bilsəydik, yaxşı olardı. Amma onlar buna razı deyildilər. İndi isə razıdırlar”, – Tramp qeyd edib.
O əlavə edib ki, İran hazırda bir il yarım əvvəl olduğundan daha geniş güzəştlərə getməyə hazırdır. Tramp vurğulayıb ki, əgər Tehran bu cür razılaşmanı danışıqların əvvəlində təklif etsəydi, sənəd dərhal qəbul olunardı.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





