“Sülh Qalxanı – 2026” təlimində Azərbaycan Ordusu da yer alacaq
27 Yanvar 2026 12:10   Paylaş

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimdə iştirak etmək üçün həmin ölkəyə yola salınıb.

“Stabil.az” xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Qeyd olunur ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi 2–3 fevral tarixlərində keçiriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol