SOCAR-ın “Azəriqaz” layihəsinə Dünya Bankından maliyyə dəstəyi gözlənilir
Dünya Bankı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama şəbəkəsində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması mexanizminin investisiya maliyyələşdirilməsi layihəsini nəzərdən keçirir.
“Stabil.az”ın Dünya Bankına istinadən verdiyi məlumata görə, layihənin ümumi dəyəri 15 milyon ABŞ dolları təşkil edir.
Bildirilib ki, layihənin Dünya Bankının Direktorlar Şurasında təsdiqlənməsi bu il aprelin 23-nə planlaşdırılıb. Layihə ölkənin bütün ərazisini əhatə edəcək və maliyyə vasitəçilərinin cəlb edilməsi nəzərdə tutulmur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




