"Real" Şlotterbeki transfer siyahısına daxil edib
İspaniyanın “Real” klubu Almaniya millisinin müdafiəçisi Niko Şlotterbeki transfer etmək niyyətindədir.
“Stabil.az"ın “The Touchline” nəşrinə istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu Madrid təmsilçisinin prioritet transfer hədəfi hesab olunur.
“Kral klubu” Dayo Upamekano, Mark Qehi və Jeremi Jakketi heyətinə cəlb edə bilmədiyi üçün diqqətini Almaniyanın “Borussiya” (Dortmund) komandasının futbolçusuna yönəldib.
Qeyd edək ki, Niko Şlotterbek cari mövsüm bütün yarışlarda 25 oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Dortmund klubu ilə müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





