“Real” Konateyə beşillik müqavilə təklif edib
İspaniyanın “Real” klubu İngiltərənin “Liverpul” komandasının futbolçusu İbrahima Konateyə beşillik müqavilə təklif edib.
“Stabil.az” xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Hazırda tərəflər arasında danışıqlar aparılır.
Fransa millisinin müdafiəçisinin Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatacaq. 26 yaşlı oyunçu Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edib.
Qeyd olunub ki, İbrahima Konate cari mövsüm 31 matçda 2 qola imza atıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





