“Ramştayn” toplantısında Ukraynaya 38 milyard dollar hərbi yardım ayrılıb
13 Fevral 2026 16:39   Paylaş

“Ramştayn” toplantısında tərəfdaş ölkələr Ukraynaya 38 milyard dollar həcmində hərbi yardım ayırmaq qərarına gəlib.

"Stabil.az" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov “Telegram” kanalına məlumat yayıb.

Məlumata görə, bu vəsait dronlar, hava hücumundan müdafiə sistemləri və “Patriot” raketləri üçün ayrılacaq.

Fedorovun sözlərinə görə, yardımların təxminən 6 milyard dolları konkret paketlərə bölünüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol