“Qarabağ” bu gün “Ayntraxt”la qarşılaşacaq
21 Yanvar 2026 10:15   Paylaş

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində bu gün Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə üz-üzə gələcək.

"Stabil.az”ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:45-də başlayacaq.

Matçın baş hakimi İsveçrədən olan Sandro Şerer təyin olunub.

Qeyd edək ki, Azərbaycan çempionu hazırda 7 xalla turnir cədvəlinin 25-ci pilləsində yer alır. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü mövqedə qərarlaşıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol