“Nils” qasırğası Fransada elektrik kəsintilərinə səbəb olub
Fransada “Nils” qasırğasından sonra təxminən 450 min ev hələ də elektrik enerjisi ilə təmin olunmayıb.
"Stabil.az"ın “Le Figaro” qəzetinə istinadla verdiyi məlumata görə, Fransanın “Enedis” elektrik paylama şirkəti qasırğadan sonra 900 min müştərinin təxminən yarısının elektrik təminatını bərpa edib. Problemi həll etmək üçün şirkət 3 min mütəxəssisi səfərbər edib.
Fransa meteorologiya xidmətinin məlumatına görə, “Nils” qasırğası hazırda Korsikaya çatsa da, tədricən zəifləməyə başlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





