“New York Times”: Tramp Qəzza üzrə “Sülh Şurası”nda veto hüququna malik olacaq
23 Yanvar 2026 13:11   Paylaş

Qəzza üzrə yaradılmış “Sülh Şurası”nın nizamnaməsinə əsasən, ABŞ Prezidenti Donald Tramp veto hüququna malikdir.

"Stabil.az" xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Bildirilib ki, Tramp Şuranın gündəliyinə nəzarət edir və hətta prezidentlik müddəti bitdikdən sonra belə şuraya rəhbərlik edə bilər.

Məlumata görə, Şuranın nizamnaməsinin 3.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, Tramp bütün qərarlara veto qoymaq, gündəliyi müəyyənləşdirmək, yeni üzvləri dəvət etmək, şuranı tam buraxmaq və öz varisini təyin etmək səlahiyyətinə malikdir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol