“Napoli” İtaliya Kubokunda yarımfinala yüksələ bilməyib
“Napoli” futbol üzrə İtaliya Kubokunda mübarizəni dayandırıb.
"Stabil.az" xəbər verir ki, Neapol təmsilçisi 1/4 final mərhələsində öz meydanında “Komo” ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan qonaqlar (7:6) yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, daha əvvəl “Atalanta” və “İnter” yarımfinala yüksəlib. 1/4 final mərhələsinin son görüşü fevralın 11-dən 12-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da “Bolonya” və “Latsio” komandaları arasında keçiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





