“Moody’s”dən proqnoz: Azərbaycan Dövlət Neft Fondunun aktivləri artacaq
17 Yanvar 2026 09:31   Paylaş

Qeyri-neft gəlirlərinin artırılması və fiskal konsolidasiya istiqamətində atılan addımlar fonunda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artımını davam etdirəcəyi proqnozlaşdırılır.

“Stabil.az" "APA"ya istinadən xəbər verir ki, bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqləri üzrə növbəti dövri icmalında qeyd edilib.

Agentliyin qiymətləndirməsində vurğulanır ki, dövlət borcunun ÜDM-ə nisbəti orta müddətli fiskal çərçivədə nəzərdə tutulan 30 faiz həddindən aşağı səviyyədə qalacaq. Bu göstərici eyni reytinq səviyyəsinə malik ölkələrin orta göstəricisindən xeyli aşağı olmaqla, hökumətin güclü maliyyə mövqeyini və ARDNF hesabına formalaşan fiskal buferlərin saxlanıldığını nümayiş etdirir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol