“Mançester Yunayted”in futbolçusu Zirkze “Yuventus”un maraq dairəsində
İngiltərə təmsilçisi "Mançester Yunayted"in hücumçusu Coşua Zirkze karyerasını İtaliyada davam etdirə bilər.
"Stabil.az" "Sky Italy" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" 24 yaşlı niderlandlı futbolçunun transferində maraqlıdır.
Turin kollektivi hücum xəttini gücləndirmək üçün Zirkzeni əsas namizədlərdən biri kimi dəyərləndirir.
Zirkze "qırmızı şeytanlar"ın Premyer Liqada "Mançester Siti" və "Arsenal"a qarşı keçirdiyi son iki oyunda heyətə daxil edilməyib. Mövcud durum futbolçunun komandadakı mövqeyi ilə bağlı suallar yaradıb.
Qeyd edək ki, daha əvvəl oyunçu ilə İtaliyanın digər klubu "Roma"nın da maraqlandığı bildirilirdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




