"Mançester Siti" müdafiəçisi Con Stounz komandadan gedəcək
"Mançester Siti"nin və İngiltərə millisinin müdafiəçisi Con Stounz yayda komandadan ayrılacaq.
"Stabil.az" "Caught Offside"a istinadən xəbər verir ki, tərəflər 2026-cı ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmağı planlaşdırmırlar.
31 yaşlı oyunçunun karyerasını İtaliya və ya İspaniya çempionatlarında davam etdirmək variantları mövcuddur. Müdafiəçini heyətinə qatmaq istəyən klublar arasında "Atletiko" (İspaniya) və "Milan" (İtaliya) kollektivləri yer alır.
Qeyd edək ki, C.Stounz cari mövsümdə Xosep Qvardiolanın rəhbərlik etdiyi komandanın heyətində nadir hallarda meydana çıxır. Təcrübəli futbolçu İngiltərə Premyer Liqasında 7 qarşılaşmada iştirak edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





