“Liverpul” Adam Uortonu heyətinə qatmaq istəyir
21 Yanvar 2026 14:43   Paylaş

“Liverpul” klubu İngiltərə millisinin üzvü Adam Uortonu heyətinə cəlb etməyi planlaşdırır.

“Stabil.az”ın “Fichajes”ə istinadən verdiyi məlumata görə, “Kristal Pelas” 21 yaşlı yarımmüdafiəçinin mümkün transferinə hazırlaşır.

Bununla belə, Premyer Liqa təmsilçisi futbolçunu ciddi maliyyə təklifi olmadan buraxmaq niyyətində deyil.

“Liverpul” rəhbərliyi Adam Uortonu yarımmüdafiə xəttində mövcud oyunçular üçün uyğun tərəfdaş hesab edir.

Qeyd olunur ki, futbolçu ilə İspaniyanın “Real” klubu da maraqlanır.

Xatırladaq ki, Adam Uortonun “Kristal Pelas”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol