İlham Əliyev: Sülh Şurası qlobal münaqişələrin həllində vacibdir
22 Yanvar 2026 16:41   23 Jan 2026 02:31 Paylaş

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə yaradılan Sülh Şurasının Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi baxımından önəmli olduğunu bəyan edib.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, Davosda iki ölkə prezidentinin görüşü zamanı İlham Əliyev Sülh Şurasının qlobal münaqişələrin həllinə töhfə verə biləcəyini vurğulayıb.

Görüşdə Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və Azərbaycanın dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol