İlham Əliyev: Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır
1 Fevral 2026 10:38   01 Feb 2026 16:28 Paylaş

Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.

Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol