Gideon Saar: Azərbaycanda yəhudilər həmişə sülh şəraitində yaşayıblar
26 Yanvar 2026 13:58   Paylaş

Azərbaycanda yəhudilər həmişə sülh şəraitində yaşayıblar və bu, ölkədə mövcud olan tolerant mühitin göstəricisidir. İnanıram ki, ikitərəfli əməkdaşlıq hər iki ölkəyə inkişaf gətirəcək.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə səsləndirib.

Gideon Saar bildirib ki, Prezident İlham Əliyev yüksəksəviyyəli liderdir və Azərbaycanı beynəlxalq müstəvidə irəli aparır.

Nazir, həmçinin Ceyhun Bayramovu İsrailə səfərə dəvət edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol