“Gezani” qasırğası Madaqaskarda ağır itkilərə səbəb olub
13 Fevral 2026 16:26   13 Feb 2026 17:18 Paylaş

Madaqaskarda “Gezani” qasırğası nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb, 260 mindən çox insan təbii fəlakətdən zərər görüb.

“Stabil.az"ın məlumatına görə, yerli KİV-lər bu barədə Risklərin və Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəyə (BNGRC) istinadla xəbər yayıb.

Rəsmi məlumatda bildirilir ki, 374 nəfər xəsarət alıb, 12 mindən çox sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb. Qasırğa 37 mindən artıq evə ziyan vurub.

Fevralın 11-də Madaqaskar hökuməti “Gezani” qasırğasının törətdiyi genişmiqyaslı dağıntılarla əlaqədar ölkə ərazisində milli fəlakət rejimi elan edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol