“Financial Times”: Tramp Ukraynada sülh prosesinə nəzarət üçün xüsusi qurum nəzərdən keçirir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı gələcək razılaşmaların icrasına nəzarət edəcək xüsusi qurum – “Sülh Şurası”nın yaradılmasını nəzərdən keçirir.
"Stabil.az"ın məlumatına görə, bu barədə “Financial Times” xəbər yayıb.
Qeyd olunur ki, oxşar mexanizm əvvəllər Qəzza zolağında döyüşlərin dayandırılması üçün hazırlanıb və indi həmin model Ukrayna və hətta Venesuela üçün uyğunlaşdırılır.
ABŞ-la aparılan danışıqlarda iştirak edən ukraynalı rəsmilərdən biri bildirib ki, “Sülh Şurası” Rusiyanın Ukraynaya qarşı müharibəsinin sona çatması məqsədilə daha geniş təşəbbüslər paketinin əsas elementlərindən biri kimi nəzərdən keçirilir.
Qəzetin yazdığına görə, Şuraya şəxsən Donald Trampın rəhbərlik etməsi mümkündür və onun tərkibinə Ukrayna, Rusiya, Avropa və NATO nümayəndələrinin daxil edilməsi təklif olunur.
“Sülh Şurası”nın əsas məqsədi əldə olunacaq sülh planının kağız üzərində qalmamasını təmin etmək və onun bütün tərəflər tərəfindən real şəkildə icrasını təmin etməkdir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




