Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM
12 Fevral 2026 16:15   12 Feb 2026 16:18 Paylaş

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə bir nəfər “Tərəqqi”, 9 nəfər 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”, iki nəfər 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Dövlətimizin başçısının digər Sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri”, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanova, Vergi auditi baş idarəsinin rəisi Abbas İsmayılova və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Səməd Vəliyevə “3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbələri verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol