“Comex” birjasında qızıl rekord həddə çatıb
“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyib.
“Stabil.az"ın məlumatına görə, ticarət platformasının göstəricilərinə əsasən, qızılın bir troya unsiyasının qiyməti 5 000 dollar həddini keçib. Bakı vaxtı ilə saat 03:03-ə olan məlumata əsasən, qiymətli metalın bir troya unsiyası 5 007,5 dollar təşkil edib ki, bu da 0,49 faiz artım deməkdir.
Bakı vaxtı ilə saat 03:14-ə qədər isə qızılın qiyməti daha da yüksələrək bir troya unsiyası üçün 5 020,7 dollara çatıb. Bu, 0,75 faiz artım göstərir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





