Ceyhun Bayramov Çin XİN rəhbəri ilə strateji tərəfdaşlıq və regional məsələləri müzakirə edib
28 Yanvar 2026 16:27   Paylaş

Pekində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında geniştərkibli görüş keçirilib.

"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə nazirlər Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər. Ceyhun Bayramov və Van İ yüksək səviyyəli siyasi dialoqun və Xarici İşlər nazirlikləri arasında mütəmadi təmasların əhəmiyyətini vurğulayıblar.

Tərəflər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanları, konnektivlik və nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı, eləcə də innovasiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş zamanı həmçinin regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb və çoxtərəfli çərçivələrdə əməkdaşlığın önəmi qeyd olunub.

Hər iki nazir səfərin ikitərəfli əlaqələrin güclənməsinə töhfə verəcəyinə və bir çox sektorda praktiki əməkdaşlığın genişləndirilməsinə yardım edəcəyinə əminliklərini ifadə ediblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol