“Çelsi”nin futbolçusu Aksel Disasi İtaliya klubuna keçə bilər
28 Yanvar 2026 15:34   Paylaş

İngiltərənin “Çelsi” klubunun futbolçusu Aksel Disasi karyerasını İtaliyada davam etdirə bilər.

"Stabil.az" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, “Fiorentina” 27 yaşlı müdafiəçi ilə maraqlanır.

London təmsilçisinin əsas heyətində yer ala bilməyən futbolçunun komandadan ayrılacağı gözlənilir. Qeyd olunur ki, “Vest Hem” klubu da Disasinin transferində maraqlıdır.

Xatırladaq ki, Aksel Disasi cari mövsümdə “Çelsi”nin heyətində meydana çıxmayıb. O, 2022-ci ildə Fransa millisinin heyətində dünya çempionatının gümüş medalını qazanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol