“Bu, Prezident Əliyevin liderliyinin bariz nümunəsidir”
10 Fevral 2026 21:30   Paylaş

“Əvvəllər yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezidentin liderliyinin, eləcə də Prezident Əliyevin rəhbərliyinin bariz nümunəsidir”.

“Stabil.az” xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

O bildirib ki, ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə bir-birimizlə vuruşmalıyıq: “Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha böyük sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın əlavə bazarlara çıxış imkanı yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasın, ticarət aparsın”.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol