Bolqarıstanda “Şuşa Parkı”nın yaradılması üzrə saziş imzalanıb
Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması nəzərdə tutulur.
“Stabil.az" xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən verilib.
Bildirilir ki, Komitənin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdədir. Səfər çərçivəsində Azərbaycan və Bolqarıstan hökumətləri, eləcə də Veliko Tırnovo Bələdiyyəsi arasında “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.
Sənəd iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və “Şuşa Parkı” layihəsinin icrası üçün hüquqi əsas müəyyən edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





