“Bavariya” Qnabrinin sözləşməsini yeniləmək üzrədir
21 Yanvar 2026 17:28   Paylaş

Almaniyanın “Bavariya” klubu futbolçusu Serj Qnabrinin müqaviləsinin müddətini uzatmağa yaxındır.

“Stabil.az” insayder Florian Plettenberqə istinadən xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı vingerlə razılıq əldə edəcək.

Artıq tərəflər arasındakı danışıqlar son mərhələyə daxil olub və hər şey plan üzrə davam edir.

Qeyd edək ki, Serj Qnabrinin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. O, bu mövsüm bütün yarışlarda 23 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol