“Bavariya” Leon Qoretska ilə yollarını ayırır
30 Yanvar 2026 14:35   Paylaş

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska cari mövsümün sonunda komandadan ayrılacaq. Alman futbolçu ilə Münhen təmsilçisi yollarını ayırmaq barədə qərar verib.

“Stabil.az” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə “Bavariya”nın idman direktoru Kristof Freynd açıqlama verib.

O bildirib ki, 2026-cı ilin yayında müqavilə müddəti başa çatacaq 30 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığın davam etdirilməməsi qərara alınıb.

Qeyd edək ki, Leon Qoretska 2018-ci ilin yayında “Şalke 04” klubundan “Bavariya”ya transfer olunub. Təcrübəli futbolçu cari mövsümdə bütün turnirlər üzrə 28 oyunda meydana çıxıb və 1 qola imza atıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol