“AzerGold” 2026-cı ilin ilk ixracını həyata keçirdi
Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC 2026-cı ilin yanvar ayında ilk ixrac əməliyyatını uğurla həyata keçirib.
"Stabil.az" QSC-yə istinadən xəbər verir ki, ixrac edilən ilk partiya qızıl və gümüşün beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat vəsait cəlb olunub.
Ötən il dövlət şirkəti həm beynəlxalq, həm də yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüş satıb. Bu satışlardan əldə olunan gəlir 439,3 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 43 faiz çoxdur.
Qeyd edək ki, “AzerGold” fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manat vəsait cəlb edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





