Azərbaycan ötən il Qarabağ və Şərqi Zəngəzurun bərpasına 5 milyard manata yaxın vəsait ayırıb
2025-ci ildə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulması və bərpası üçün 4 milyard 465,7 milyon manat vəsait ayrılıb.
“Stabil.az” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ayrılmış vəsaitin 3 milyard 781,9 milyon manatı və ya 84,7 faizi məqsədli şəkildə işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilib.
Məlumata görə, vəsaitin 373,2 milyon manatı (8,3 faiz) dövlət büdcəsinin ehtiyat fondunun, 258,5 milyon manatı (5,8 faiz) dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinin, 52,1 milyon manatı (1,2 faiz) isə dövlət büdcəsinin digər ehtiyatlarının payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 855,8 milyon manat vəsait ayrılmışdı.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





