“Axios”: Ağ evdə Sülh Şurası liderlərinin zirvə görüşü nəzərdə tutulur
7 Fevral 2026 10:12   Paylaş

Ağ ev fevralın 19-da Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır.

"Stabil.az" xəbər verir ki, bu barədə “Axios” nəşri etibarlı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, görüşün əsas məqsədi Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin icrasında irəliləyişə nail olmaq, həmçinin yenidənqurma işləri üçün maliyyə dəstəyinin cəlb edilməsidir.

Qeyd olunub ki, zirvə görüşü ilə bağlı planlar hazırda ilkin mərhələdədir və dəyişə bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol