"Arsenal"ın ulduz yarımmüdafiəçisi Mikel Merino zədədən sonra meydanlardan uzaq qalacaq
İngiltərənin "Arsenal" klubunun futbolçusu Mikel Merino ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
"Stabil.az" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXIII turunda "Mançester Yunayted"ə qarşı oynanan matçda zədələnib.
İspaniya millisinin üzvü sağ ayağındakı sümük zədəsi səbəbindən yaxın günlərdə əməliyyat olunacaq və uzun müddət forma geyinə bilməyəcək.
Cari mövsümdə M.Merino bütün yarışlarda 33 oyuna çıxaraq, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionu olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





