“Ariane 6” “Amazon”a məxsus 32 peyki orbitə çıxarıb
13 Fevral 2026 15:33   Paylaş

Avropanın yeni nəsil daşıyıcı raketi “Ariane 6” fevralın 12-də Fransız Qvianasındakı Kuru kosmodromundan buraxılıb və ABŞ-ın “Amazon” şirkətinə məxsus 32 peyki orbitə yerləşdirib. Bu, “Ariane 6”nın bir uçuş zamanı daşıdığı ən böyük peyk sayıdır.

"Stabil.az"ın məlumatına görə, buraxılış “Amazon”un aşağı Yer orbitində (LEO) yüksək sürətli internet təmin etməyi hədəfləyən layihəsi çərçivəsində planlaşdırılan 18 missiyadan birincisidir. Şirkətin qurucusu Ceff Bezos uzunmüddətli perspektivdə 3200 peykdən ibarət qlobal şəbəkə yaratmağı planlaşdırır.

Bu təşəbbüs “Amazon”un əsas rəqibi Elon Mask və onun “Starlink” peyk şəbəkəsi ilə rəqabət məqsədi daşıyır. “Starlink” artıq minlərlə peykdən ibarət geniş infrastruktur formalaşdırıb.

Mütəxəssislər bildirirlər ki, sözügedən müqavilə Avropa üçün də strateji əhəmiyyət kəsb edir. Layihə qitənin kosmik suverenliyini gücləndirir və qlobal peyk interneti bazarında Avropaya yeni imkanlar yaradır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol