Zelenski Prezident İlham Əliyevə təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinin müstəqilliyinin 35-ci ildönümü ilə bağlı təbrikə görə təşəkkür edib.
"Stabil.az"ın məlumatına görə, Ukrayna lideri bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi həmişə qətiyyətli olub və buna görə də biz bunu həmişə yüksək qiymətləndirmişik", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna və Azərbaycan zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir, energetika və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin yeni istiqamətlərini araşdırır, həmçinin lazım olduqda bir-birinə yardım edir.
"Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək", - Ukrayna Prezidenti vurğulayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




