“YouTube” və “Netflix” arasında böyük bloqerlər uğrunda rəqabət güclənir
“YouTube” “Netflix”lə müqavilə bağlayan və eyni zamanda hər iki platformada məzmun yayımlayan böyük bloqerlərin qazanc imkanlarını məhdudlaşdıra bilər.
"Stabil.az" "Bloomberg"ə istinadən xəbər verir ki, "YouTube" "Netflix"dən gələn rəqabətə qarşı mübarizəsini gücləndirməyə cəhd göstərir.
Agentliyin məlumatına görə, "YouTube"un hər iki platformada video dərc edən bloqerləri marketinq kampaniyalarına daxil etməsi ehtimalı azdır. Bundan əlavə, onlar bəzi əsas reklam müqavilələrindən gəlir payını itirə bilərlər.
Eyni zamanda, yalnız "YouTube"da eksklüziv paylaşım etməyə razı olan müəlliflərə layihə maliyyələşdirilməsi və tanınmış brendlərlə tərəfdaşlıqdan əldə edilən gəlir payı təklif olunur. Məlumata görə, "YouTube" bir neçə əsas böyük bloqer ilə müqavilələrə yaxındır.
Qeyd edək ki, "YouTube" və "Netflix" iyirmi ildir qlobal yayım bazarında aparıcı oyunçulardır. Son zamanlar platformalar arasında rəqabət güclənib, "YouTube" Oskar mükafatın təqdim olunması da daxil olmaqla əsas yayım hüquqlarını əldə edib, "Netflix" əvvəllər əsasən "YouTube" ilə işləyən məşhur layihələrin yaradıcılarını cəlb edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





