Yaponiyada “Soudelor” qasırğası 280-dən çox reysin ləğvinə səbəb olub
26 Avqust 2026 10:37   Paylaş

Yaponiyada qasırğanın yaratdığı əlverişsiz hava şəraiti 280-dən çox reysin ləğv olunmasına səbəb olub.

"Stabil.az" TASS agentliyinə istinadla xəbər verir ki, reyslərin əksəriyyətinin Okinavadakı Naha hava limanından yola düşməsi planlaşdırılırdı. Ləğv edilən reyslər arasında Çin, Cənubi Koreya və Sinqapura uçması planlaşdırılan təyyarələr də daxil olmaqla, təxminən 20 beynəlxalq reys də var.

Qeyd edək ki, avqustun 26-da səhər saatlarında “Soudelor” qasırğası Okinava bölgəsi boyunca hərəkət edir.



Stabil.Az