Yaponiyada güclü yağışlar: 100 mindən çox insan təxliyə edilə bilər
27 Avqust 2026 14:40   Paylaş

Toyama və İşikava prefekturalarında leysan yağışları ilə əlaqədar 100 mindən çox insanın təhlükəsiz ərazilərə köçməsi tövsiyə olunub.

"Stabil.az" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparılıb.

Məlumata görə, 80 mindən çox insan üçün təhlükənin ən yüksək - beşinci səviyyəsi elan edilib. Bu səviyyə əhalinin dərhal təhlükəsizlik tədbirləri görməsini nəzərdə tutur.

İşikava, Toyama və Niigata prefekturalarında güclü yağışlar müşahidə olunur. Bəzi ərazilərdə son 24 saat ərzində yağıntının miqdarı 300 millimetri ötüb.

Sinoptiklər güclü yağışların daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.



Stabil.Az