Yaponiyada “Dujuan” qasırğası 3 nəfərin ölümünə səbəb olub
22 Sentyabr 2026 10:49   Paylaş

Yaponiyanın Honşu adasının Sakit okean sahillərindən keçən “Dujuan” qasırğası nəticəsində üç nəfər ölüb, iki nəfər isə itkin düşüb.

"Stabil.az" Kanaqava və Tiba prefekturalarının polisinə istinadən xəbər verir ki, leysan yağışlarının yaratdığı torpaq sürüşmələri nəticəsində üç nəfər ölüb.

Məlumata görə, hava şəraitinin yaxşılaşmasına baxmayaraq, Tokio ərazisində bir çox dəmir yolu xətlərində hərəkət hələ də dayandırılıb. Mütəxəssislər yolların və avadanlıqların vəziyyətini yoxlayır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol