WSJ: Tramp Kim Çen Inla payız görüşünə hazırlaşır
19 Avqust 2026 15:16   Paylaş

ABŞ Prezidenti Donald Tramp köməkçilərinin bu payızda Şimali Koreya lideri Kim Çen Inla görüş təşkil etməsi üçün çalışır.

"Stabil.az"ın məlumatına görə, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) xəbər verib.

Nəşrin məlumatına görə, Amerika Prezidenti Asiyaya qarşıdan gələn səfəri zamanı müşavirləri ilə Kim Çen Inla şəxsi görüş ehtimalını müzakirə edib.

Qəzet aydınlaşdırır ki, Tramp noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak üçün səfər edə bilər. Bununla yanaşı, WSJ vurğulayıb ki, ABŞ və Şimali Koreya liderləri arasında danışıqlar üçün rəsmi hazırlıqlar hələ başlamayıb.



Stabil.Az